Sabunçuda ər arvadını bıçaqlayaraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Sabunçuda ər arvadını bıçaqlayaraq öldürdü

Kriminal

12 Noyabr 2022 09:28 1056


Noyabrın 11-i saat 22 radələrində paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində 1984-cü il təvəllüdlü Sevinc Museyibovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki,zərərçəkmişin əri,1978-ci il təvəllüdlü Vidadi Müseyibovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Sevinc Museyibovaya qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. pizza hut

Vidadi Müseyibov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!