Sabunçuda nəqliyyat vasitəsini qəsdən yandıran şəxslər saxlanıldılar

saytların hazırlanması

Evə çatdırılma

Sabunçuda nəqliyyat vasitəsini qəsdən yandıran şəxslər saxlanıldılar

Kriminal

01 Avqust 2025 18:55 345


Sabunçu rayonunda nəqliyyat vasitəsini qəsdən yandıran şəxslər saxlanılıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, iyulun 27-də Sabunçu rayonu ərazisində paytaxt sakininə məxsus "VAZ-2109" markalı avtomobilin yanması barədə polisə məlumat daxil olub. Dördpendirli pizza

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobilin qəsdən yandırılması müəyyən olunub. Həmin əməli törətməkdə şübhəli bilinən Məmməd Cabarov və əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Xəmmədov saxlanılıblar.

Onlar ifadələrində nəqliyyat vasitəsini qaçırmaq istədiklərini, lakin niyyətlərinin baş tutmadığını görüb, avtomobili qəsdən yandırdıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!