ŞAD XƏBƏR - Azərbaycanda əməkhaqqı artıb

saytların hazırlanması

Evə çatdırılma

ŞAD XƏBƏR - Azərbaycanda əməkhaqqı artıb

İqtisadiyyat

16 Noyabr 2024 14:26 9130


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 8% artaraq 993 manat təşkil edib.

Yenisabah.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Oktyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 768.3 min nəfər olub, onlardan 880.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 888 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. pizza hut

Muzdla işləyənlərin 18.8 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18.2%-i təhsil, 12.8%-i sənaye, 8.5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.9%-i tikinti, 6.4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.3%-i nəqliyyat və anbar təsərrüfatı, 3.8%-i peşə, elmi və texniki fəaliyyət, 3.3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.2%-i maliyyə və sığorta fəaliyyəti, 14.8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Üzeyir
    Camaatın başını aldatmayın bu boş boş yalandan əməkhaqqı barədə yazmaqla, 8 aydı yazırsızki əməkhaqqı qalxdı əməkhaqqı qalxdı, adamın əsəbləriylə oynamayın.
    1 year ago
  • RAHİM
    BUNUN NƏYİ ŞAD XƏBƏRDİR ? ŞAD XƏBƏR O OLARDIKİ PENSİYALAR 50% QALXDI.
    1 year ago