ŞAD XƏBƏR: Sabah pensiyaların yeni artımlarla birgə ödənişinə başlanılacaq

saytların hazırlanması

Evə çatdırılma

ŞAD XƏBƏR: Sabah pensiyaların yeni artımlarla birgə ödənişinə başlanılacaq

Sosial

10 Fevral 2025 14:24 9592


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu sabah - fevralın 11-də fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək. Pepperoni pizza

1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılması və fevralın 1-dən minimum pensiyanın artırılaraq 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ramil Bəkirov
    3qurp
    1 year ago
  • Orxan
    Sosial pensiyeler aynı necesiz köcecek
    1 year ago