Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlənib səhnədən gedən “Eurovision-2010” təmsilçimiz Safura geri dönür.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycanın rəsmi “Eurovision” fan klubu məlumat yayıb.
Bildirilir ki, xanım ifaçı britaniyalılarla - Uil Teylor və Maykl Ceyms Daun tərəfindən hazırlanan "High On Your Love" adlı yeni mahnı ilə səhnəyə dönüş edir. Toyuqlu pizza
Qeyd edək ki, sənətçi 2013-cü ildə ailə qurub. Onun bu evlilikdən üç övladı var.
Telegram kanalımız