Sağ futbolçunu 1 dəqiqəlik sükutla yad etdilər

saytların hazırlanması

Evə çatdırılma

Sağ futbolçunu 1 dəqiqəlik sükutla yad etdilər

İdman

19 Mart 2025 15:31 319


Bolqarıstan çempionatının "Arda" - "Levski" görüşündə (1:1) qəribə hadisə olub.

Yenisabah.az Talksport-a istinadla xəbər verir ki, "Arda" klubu üzvləri səhvən keçmiş oyunçusu Petko Qançevin vəfatı haqda məlumat alıb. Buna görə də onlar görüşdə 1 dəqiqəlik sükut ediblər. 

Qançevin arvadı həmin vaxt oyunu televizordan izlədiyi üçün gördükləri və eşitdiklərindən şoka düşüb. O, ərinə dönə-dönə zəng vurub. Lakin Qançev maşın sürdüyü üçün zənglərə cavab verməyib. Evə çatdıqda hər şeyə aydınlıq gəlib.  pizza mizza

"Arda" bu anlaşılmazlığa görə üzr istəyib: "Sabiq futbolçumuz Petko Qançev və onun yaxınlarından kluba daxil olan yalan məlumata görə başverənlər səbəbindən üzr istəyirik. Qançevə uzun illər can sağlığı və "Arda"nın uğurlarına sevinməyi arzulayırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!