Şagirdlərin nəzərinə

saytların hazırlanması

Evə çatdırılma

Şagirdlərin nəzərinə

Sosial

26 Fevral 2019 19:37 1176


Martın 3-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında olan ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən "Yeni Sabah"a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər DİM-in saytından istifadə etməklə özlərinin imtahana buraxılış vərəqini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!