Türkan qəsəbəsindəki həyətyanı sahələrin birindən kələm məhsulu oğurlanıb.
DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Türkan qəsəbəsindəki həyətyanı sahələrin birindən 1 ton kələm oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakinləri S.Nemətov, E.Zəkizadə və R.Mirzəyev saxlanılıblar.
Telegram kanalımız