Sahil Babayev bu xanımı yüksək vəzifəyə təyin etdi - FOTO

Sahil Babayev bu xanımı yüksək vəzifəyə təyin etdi - FOTO

Sosial

06 Fevral 2023 13:25 1583


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İdarə Heyəti sədrinin müavini Məmmədova Mətanət Nəbi qızı vəzifəsindən azad edilib.

Nazir Sahil Babayevin əmri ilə, o, Nazirliyin Aparatının Əlillik siyasəti şöbəsinin Reabilitasiya məsələləri sektorunun müdiri təyin edilib.

DTSERA-nın İdarə Heyəti sədrinin müavini vəzifəsinə isə Məhərrəmov Rəşad Əslixan oğlu təyin edilib.

Xəbəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən saytımıza təsdiqləyiblər. (unikal)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!