Şahin Diniyev məhkəməyə çağırıldı -   Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Şahin Diniyev məhkəməyə çağırıldı - Səbəb

Kriminal

09 Mart 2020 10:37 710


Azərbaycanın futbol üzrə milli yiğmasının keçmiş baş məşqçisi Diniyev Şahin Xudakərim oğlunun məhkəməsi başlayır. 

“Yenisabah”ın məlumatına görə, sabah Sabunçu rayon Məhkəməsində hakim Ziya Şirinovun sədrliyi ilə cinayət məcəlləsinin 177.2.4-cü (oğurluq) maddəsi ilə təqsirləndirilən Həsənov Xaliq Nofəl oğlunun məhkəməsi olacaq. Cinayət işində zərərçəkmiş qismində futbol mütəxəssisi Şahin Diniyev tanınıb. 

Xatırladaq ki, oğurluq hadisəsi ötən ilin sonlarında Bakıxanov qəsəbəsində Şahin Diniyevə məxsus mənzildə baş verib. O zaman Ş.Diniyev mətbuata açıqlama verərək bildirmişdi ki, uzun müddət orada yaşamayıb. Kirayə verdiyi mənzildə köhnə əşyalar olub. Bunu da kirayə verdiyi şəxslər elan saytına yerləşdirərək satıb.  Dominos pizza

“Yenisabah”a açıqlama verən Şahin Diniyev sabah məhkəmə prosesinin başlayacağını təsdiqləyib: “İstintaq bitib, sabah məhkəmə başlayır. Ancaq Nofəl Həsənov mənə vurduğu ziyanı ödəməyib, şikayətçiyəm”.

Azər İsrafilov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!