Şahmat Olimpiadasında növbəti qələbəmiz

saytların hazırlanması

Evə çatdırılma

Şahmat Olimpiadasında növbəti qələbəmiz

İdman

30 İyul 2022 17:23 1297


Azərbaycanının kişilərdən ibarət şahmat millisi Hindistanın Çennay şəhərində keçirilən Dünya Şahmat Olimpiadasında növbəti görüşünə çıxıb.

Yenisabah.az xəbər verir ki, yığma 2-ci turda Filippin seçməsi ilə qarşılaşıb. Komandamız rəqibinə qalib gəlib.

Qədir Hüseynov və Nicat Abbasov rəqiblərini məğlub edib, Vasif Durarbəyli isə heç-heçəyə razılaşıb. Hazırda Rauf Məmmədovun görüşü davam edir. 34 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək. Sezar pizza

Qeyd edək ki, milli ilk turda dünən Əlcəzairi 4:0 hesabı ilə üstələyib.

2-ci tur

Filippin – Azərbaycan - 0,5:2,5

Mark Paraqua – Rauf Məmmədov

Rocerio Barcenilya – Qədir Hüseynov - 0:1

Con Pol Qomes – Vasif Durarbəyli - 0,5:0,5

Paulo Bersamina – Nicat Abbasov - 0:1


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!