Şahmat üzrə Azərbaycan çempionatında finalın ilk oyunları keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Şahmat üzrə Azərbaycan çempionatında finalın ilk oyunları keçirildi

İdman

13 Fevral 2025 21:09 216


Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

Məlumata görə, kişi şahmatçıların finalında Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıb. Qadınların həlledici görüşündə isə Gövhər Beydullayeva Günay Məmmədzadəyə qalib gəlib. pizza hut

3-cü yer uğrunda partiyada Ülviyyə Fətəliyeva Gülnar Məmmədovadan güclü olub.

Sabah medallar uğrunda görüşlərdə cavab partiyaları oynanılacaq.

Qeyd edək ki, kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!