Sakinlərin NƏZƏRİNƏ: Bakının bu ərazilərində qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bakının bu ərazilərində qaz olmayacaq

Sosial

28 Dekabr 2025 23:18 643


Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Qeyd olunub ki, dekabrın 29-u saat 10:00-dan etibarən Səbail rayonu üzrə Badamdar şosesinin, 3-cü yaşayış massivinin, Şərq, T.Məmmədov, S.Məmmədov, Ə.Nəzərov, N.Paşayev, C.Hasilov, Lomonosov, Çernyakov, Dağlıq, G.Əliyev və A.İsmayılov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Toyuqlu pizza

Bundan başqa, Nəsimi və Yasamal rayonları üzrə M.Əliyev, İ.Səfərli, T.Xəlilbəyli, M.İbrahimov, D.Əliyeva, Vidadi, Ə.Quliyev, H.Aslanov küçələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!