Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sosial

15 Dekabr 2025 22:41 600


Dekabrın 16-da Xaçmazın 27 kəndində qaz təchizatında fasilə yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonunda Qusarçay kəndi istiqamətində istismarda olan D-315 mm-lik ortatəzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq dekabrın 16-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. pizza mizza

"Qaz təchizatı dayandırılan müddətdə şəhərin bir hissəsi və 27 kəndinin qaz təchizatında fasilə yaranacaq. Müşkür, Müzəffəroba, Müşfiq, Sabiroba, Mürşüdoba, Qadaşoba, Nərəcan, Ağtala, Qımılqışlaq, Mollabürhan, Mirzəmməd, Çinartala, Palçıqoba, Çuxuroba, Şıxlar, Hacısıoba, Maşıoba, Çiləgir, Hacıqurbanoba, Xaspolatoba, Gödəkli, Alekseyevka, Ağaşirinoba, Manafoba, Gəncəli, Krasnı Xutor, Şıxlı kəndləri - ümumilikdə 10 346 abonentin qaz təchizatında fasilə yaranacaq",- məlumatda bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!