Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sosial

15 Mart 2026 19:41 469


Astara rayonunun bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

"Astara şəhəri, M.Əzizbəyov küçəsində yeni kanalizasiya xətlərinin çəkilişi zamanı ortatəzyiqli yeraltı qaz xətti zədələnib. Baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik məqsədilə M.Əzizbəyov, S.Vurğun və N.Paşa küçələri üzrə ümumilikdə 760 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Hazırda yaranmış nasazlığın aradan qaldırılması istiqamətində təmir-bərpa işlərinin aparılması planlaşdırılır. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq. Yaranmış narahatlığa görə abonentlərdən üzr istəyirik", - məlumatda qeyd olunub. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!