Aktyorlar Salma Hayek və Demian Biçir Ancelina Colinin yeni layihəsi olan "Qansız" ((Without Blood) filmində rol alacaqlar.
Yenisabah.az "Collider"ə istinadla xəbər verir ki, Coli italyan yazıçısı Alessandro Barikkonun eyniadlı romanı əsasında çəkilmiş filmin rejissoru, ssenari müəllifi və prodüseri olacaq.
Süjet atasının və qardaşının vəhşicəsinə öldürülməsinin şahidi olan Ninadan bəhs edir. Uzun illər sonra Nina qisas yolunu seçir və cinayətin hər bir iştirakçısının izinə düşür. pizza sifarişi
Layihə barədə ilk dəfə bu ilin martında elan edilib. Artıq İtaliyada çəkilişlərə başlanılıb. Filmin geniş ekrana buraxılış tarixi açıqlanmayıb.
Telegram kanalımız