Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Yenisabah.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Ərəbqardaşbəyli kəndində baş verib.
Salyan şəhəri 20 Yanvar küçəsində yaşayan 1974-cü il təvəllüdlü Babayeva Sahilə Şaban qızı yolda dayanan zaman onu “Jiquli” markalı avtomobil vurub. Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Toyuqlu pizza
Faktla bağlı araşdırma aparılır. /Report
Telegram kanalımız