Salyanda ağır qəza, ölənlər var - Foto

saytların hazırlanması

Evə çatdırılma

Salyanda ağır qəza, ölənlər var - Foto

Kriminal

07 Aprel 2019 19:57 1482


Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Sarvan kəndindən keçən 57-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” xəbər verir ki, Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 29 yaşlı  Şəhriyar Mahir oğlu Abışovun yüksək  sürətlə idarə etdiyi “Hyundai” markal minik maşınının şor suları axıtmaq üçün nəzərdə tutulan kanala aşması nəticəsində avtomaşında olan qonşusu-25 yaşlı Mərhəmət Vahid oğlu İsrafilov hadisə yerində dünyasını dəyişib. 

Neftçala rayonunun Qaçaqkənd kənd sakini Şəhriyar Mahir oğlu Abışov aldığı ağır xəsarətlərdən yerləşdirildiyi Salyan Mərkəzi rayon xəstəxanasının reanimasiya şıbəsində dünyasını dəyişib. pizza

Qəzaya uğrayan 4 nəfər şəxsin hamısı  Neftçala rayonunun Qaçaqkənd kəndindəndir və  qonşudurlar.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!