Salyanda avtomobili qaldıran kranın trosu qırıldı, sürücü öldü

saytların hazırlanması

Evə çatdırılma

Salyanda avtomobili qaldıran kranın trosu qırıldı, sürücü öldü

Hadisə

20 Aprel 2025 20:58 325


Salyanda qəzaya uğrayan avtomobili qaldıran kranın trosu qırılıb, sürücü avtomobilin altında qalaraq ölüb.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, KIA markalı avtomobili idarə edən 1959-cu il təvəllüdlü Sədrəddin Mirzəağa oğlu Quliyev idarəetməni itirərək yoldan çıxıb və avtomobili aşırıb. pizza

Hadisə nəticəsində yüngül xəsarət alan sürücü avtomobili qaldırmaq üçün kran çağırıb.

Avtomobili hadisə yerindən qaldıran kranın trosu qırılıb və avtomobil sürücünün üzərinə düşüb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!