“Şamaxı” “Kəpəz”i məğlub etdi

saytların hazırlanması

Evə çatdırılma

“Şamaxı” “Kəpəz”i məğlub etdi

İdman

20 Aprel 2025 18:52 311


Misli Premyer Liqasının XXXI turunda daha bir oyun keçirilib.

Yenisabah.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Kəpəz"i qəbul edib.

Şamaxı şəhər stadionundakeçirilən matç meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1. pizza sifarişi

Bu nəticədən sonra xallarının sayını 34-ə çatdıran "Şamaxı" yeddinci pillədə qərarlaşıb. "Kəpəz" 28 xalla doqquzuncu sıradadır.

Günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Neftçi"ni 3:0, "Sabah" "Səbail"i 3:2 hesabı ilə üstələyib. "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!