Şamaxıda ağır qəzada dörd nəfər yaralandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda ağır qəzada dörd nəfər yaralandı - Video

Kriminal

03 Yanvar 2020 04:35 1183


Şamaxıda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.  

“Yeni Sabah” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Şamaxı-Pirqulu avtomobil yolunda, Məlhəm kəndi yaxınlığında qeydə alınıb. 

Şamaxı şəhər sakini Elvin İxtiyarovun idarə etdiyi “Niva” markalı avtomobillə şəhər sakini Elşad Etibarovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.  Marqarita pizza

Qəza zamanı hər iki sürücü, o cümlədən avtomobildə olan sərnişinlər İxtiyarova Arzu və Abıyev Rövşən müxtəlif bədən xəsarəti alaraq təcili tibbi yardım və ərazidəki vətəndaşların köməkliyi ilə Şamaxı rayon Mərkəzi xəstəxanasasına aparılıb.  

Cərrahiyə şöbəsinə yerləşdirilən xəstələrin vəziyytəti orta qağır qiymətləndirlir.  

Faktla bağlı araşdırma aparılır.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!