Şamaxıda sel səbəbindən avtomobildə qalan 3 nəfər belə xilas edildi - Video

saytların hazırlanması

Evə çatdırılma

Şamaxıda sel səbəbindən avtomobildə qalan 3 nəfər belə xilas edildi - Video

Hadisə

22 İyun 2024 14:22 661


Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qırxbulaq çayının Şamaxı rayonunun Qaleybuğurd kəndi ərazisindən keçən hissəsində sel səbəbindən avtomobildə olan 3 nəfərin təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şamaxı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər müxtəlif vasitələrdən istifadə etməklə sel gələn çayda qalmış "NİVA” markalı minik avtomobilində olan 3 nəfəri xilas edərək təhlükəsiz əraziyə çıxarıblar. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!