“Şamaxinka tuneli”nin rəngi illər sonra belə üzə çıxdı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Şamaxinka tuneli”nin rəngi illər sonra belə üzə çıxdı - VİDEO

Sosial

10 Dekabr 2025 12:58 781


Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişdiyi ərazidə yerləşən avtomobil tuneli (“Şamaxinka tuneli”) uzun müddətdir çirk qatı altında öz əvvəlki görünüşünü itirmiş vəziyyətdə olub.

"Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda kimyəvi təmizləmə vasitəsindən istifadə edən bir şəxsin tunelin divarlarını yuduğu anlar görünür.

Təmizlik zamanı məlum olub ki, divarlar əslində rəngli imiş, lakin illərlə üzərinə yığılan toz və kir ucbatından tamamilə qaralmışdı. Yuyulduqdan sonra isə onların ilkin rəngi ortaya çıxıb. Marqarita pizza

Xatırladaq ki, “Şamaxinka tuneli” 2007-ci ildə tikilərək istifadəyə verilib. Tunellərin və tunel daxilindəki yol infrastrukturu elementlərinin təmizliyi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin öhdəliyindədir.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!