Samiraldo 49 yaşını belə qarşıladı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Samiraldo 49 yaşını belə qarşıladı - VİDEO

Şou

16 İyun 2025 10:56 741


Sosial şəbəkələrdə fenomenə çevrilən stilist  Samiraldo (Samir Əliyev) 49 yaşını təkbaşına qeyd edib.

Yenisabah.az xəbər verir ki, o, doğum günü münasibətilə özünə tort alıb və bu yaşı da heç kim olmadan qarşıladığını bildirib.

Fenomen paylaşımında həyatındakı bir çox şeyi tək əldə etdiyini vurğulayıb: Pepperoni pizza


“Bu gün mənim ad günümdür. Açığı deyim ki, mən ad günümü heç kimlə qeyd etmirəm. Çünki həyatda özüm üçün yaşamışam, hər şeyi özüm əldə etmişəm, həyatımı da özüm qurmuşam. Ona görə də bu əziz gün yalnız mənə aiddir”.

Samiraldo qeyd edib ki, doğum günlərində ən çox sevdiyi şey nağıl tortudur və bu il də həmin ənənəsinə sadiq qalıb:


“49 illiyimi belə qeyd etdim. Açığı deyim, həmişə ad günümdə ən xoşladığım şey nağıl tortunu yemək olub və bu il də böyük məmnuniyyətlə o tortu özüm yeyəcəyəm”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!