ARB TV-nin “Elgizlə İzlə” verilişində müğənni Samir Cavadzadənin qardaşı Raminlə bağlı yeni məlumatlar verilib.
“Yeni Sabah” xəbər verir ki, onun sığınacağa yerləşdirildiyi deyilib.
Proqramda qonaq olan meyxanaçı Ağamirzə isə Raminə dəstək olacağını və onu toylara aparacağını deyib. “Onun şeirlərinə qulaq asdım, qafiəli, məntiqlidir. Xatırladım ki, biz Raminlə Moskvada da görüşmüşük. Özünü yaxşı aparsın, onu öz dəstəmlə birgə toylara apararam”, - deyə meyxanaçı bildirib. Dominos pizza
Xatırladak ki, Ramin Cavadzadə səhhətində problem olduğu və evsiz olduğu üçün proqrama müraciət edib.
Telegram kanalımız