Samur-Abşeron kanalının Bakı şəhəri, Sabunçu rayonu ərazisindən keçən hissəsindən 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Bakı şəhəri, Sabunçu rayonu ərazisindən keçən hissəsindən 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitinin çıxarılması üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti aidiyyəti üzrə təhvil veriblər. Sezar pizza
Telegram kanalımız