Samuxda 5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapılıb

saytların hazırlanması

Evə çatdırılma

Samuxda 5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapılıb

Hadisə

28 İyun 2025 08:48 290


Samux rayonunda Kürdə batan şəxsin meyiti tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə sudan meyiti tapılan şəxs Samux rayonun Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevdir.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Sezar pizza

Qeyd edək ki hadisə bu ilin Fevral ayında Kür çayının Samux rayonundan keçən hissəsində baş verib.

Belə ki, Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılov balıq tutan zaman kürdə batıblar.

Hadisədən sonra Müşfiq İsmayılovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!