Samuxda iki avtomobil toqquşdu, beş nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Samuxda iki avtomobil toqquşdu, beş nəfər xəsarət aldı

Hadisə

27 Aprel 2025 14:26 333


Samuxda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Samux avtomobil yolunun Samux rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Yol qəzası nəticəsində, Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, Samux rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Əliyev və bir qadın, 2 uşaq xəsarət alıb. Onların vəziyyətləri kafi qiymətləndirilir. Dördpendirli pizza

Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!