Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başladı

saytların hazırlanması

Evə çatdırılma

Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başladı

Siyasət

26 Dekabr 2022 17:03 786


Rusiyanın Sankt-Peterburq şəhərindəki MDB dövlət başçılarının qeyri-rəsmi sammiti başlayıb.

Yenisabah.az "Rossia 24"ə istinadla xəbər verir ki, toplantı Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir. pizza

Zirvə toplantısında, həmçinin, Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirlər.

Vladimir Putin dövlət başçılarını qarşılayıb və kiçik giriş nitqi söyləyib. Bundan sonra Qazaxıstan dövlət başçısı ilin yekunlarına dair çıxış edib.

Daha sonra qeyri-rəsmi formatda iclas başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!