Sankt-Peterburqda Priqojinin dəfninə hazırlıq gedir

saytların hazırlanması

Evə çatdırılma

Sankt-Peterburqda Priqojinin dəfninə hazırlıq gedir

Maraqlı

29 Avqust 2023 13:54 383


Rusiyanın Sankt-Peterburq şəhərində "Vanqer" muzdlularının rəhbəri Yevgeni Priqojinin dəfninə hazırlıq gedir. 

Yenisabah.az xəbər verir ki, bu barədə yerli “Fontanka” nəşri yazıb. 

Məlumata görə, səhər saatlarında Serafimovskoye qəbiristanlığının girişində metal detektorlar quraşdırılıb. Oraya əlavə polis qüvvələri də cəlb edilib. Qəbiristanlığa foto və video kamerası olan şəxslər buraxılmır. Yerli sakinlər əmindirlər ki, əlavə təhlükəsizlik tədbirləri Priqojinin orada dəfn olunması ilə bağlıdır.  Dördpendirli pizza

"Rotonda" nəşri isə yazır ki, hətta bir gün əvvəl Priqojinin tərəfdaşları onun dəfn olunma tarixi və vaxtı barədə hakimiyyətə məlumat verməkdən imtina ediblər: “Görünür, axşama yaxın vəziyyət dəyişib və məmurlar özləri jurnalistlərə məlumatın məxfi olduğunu deməyə başlayıblar”. 

Kreml prezident Vladimir Putinin Priqojinin dəfn mərasimində iştirak etməyəcəyini açıqlayıb. 

“Priqojinin dəfn mərasimində prezidentin iştirakı nəzərdə tutulmayıb. Dəfn mərasimləri ilə bağlı konkret məlumatımız yoxdur. Yenə də bu məsələ ilə bağlı qərarı qohumlar və dostlar verir. Burada onlarsız heç nə deyə bilmərik”, - Putinin mətbuat katibi Dmitri Peskov bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!