Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Haiti yığması ilə keçiriləcək yoldaşlıq görüşündən danışıb.
Yenisabah.az qol.az-a istinadla xəbər verir ki, mütəxəssis matçdan öncə keçirilən mətbuat konfransında deyib:
"Yaxşı rəqibə qarşı oynayacağıq. Rəqibin yaxşı oyunçuları var. Onların son 5-6 matçını izləmişik. Pozitiv və digər xüsusiyyətlərini analiz etmişik. Maraqlı oyun olacaq. Hücum futbolu oynayırlar. Analizdə göründü ki, iki hücumçu ilə oynayırlar. Hər ikisi hərəkətlidir, komanda yoldaşları da onları axtarır. Biri "Kayserispor"da, digəri AEK-də çıxış edir. Dördpendirli pizza
Haiti elə millidir ki, top itkisindən sonra yenidən topu ələ keçirməyə çalışırlar. Müdafiə baxımından zəif nöqtələri var, burada açıqlamayacağam. Bunun üzərində dayanmağa çalışacağıq. Çox yaxşı məşqlər keçmişik, əhval-ruhiyyə yaxşıdır. Sabah qalib gəlməyə çalışacağıq. Millilər arasındakı oyunlar yoldaşlıq matçı kimi qəbul olunmur. Düzdür, bu oyuna görə xal verilmir. Milli olaraq istəmirik ki, sabah uduzaq. Sabahkı matç bizim üçün çox vacibdir".
F. Santuş rəqibin fiziki gücündən də söz açıb: "Kollektiv şəkildə daha güclü çıxış etsək, rəqibin fiziki gücünün qarşısını ala bilərik. Oyunçuların xarakteristikası belədir, onu dəyişə bilmərik. Futbol sırf fiziki hazırlıqdan asılı deyil. Taktika hər şeydən üstündür. Oyunun ritmi haqda sual versəniz, uyğun olardı. Futboldur, hamısı rəqabətə hazır olmalıdır".
O, "Xorvatiya - Fransa görüşünü izlədiniz" sualına belə cavab verib: "Biz sabah onlarla qarşılaşmırıq. Sabah Haiti ilə qarşılaşacağıq. Kimsə bizə rəqib olsun, onda danışarıq. Hazırkı durumda hansı komandanın gəlməsi önəmli deyil. Məni yalnız Haiti ilə oyun maraqlandırır".
F. Santuş sabahkı matça 1300 biletin satılması haqda belə deyib: "Azarkeşlərin milliyə yaxın olması, dəstəkləməsi çox vacibdir. Bir müddətdir ki, Azərbaycandayam. Milli çempionatın oyunlarına da az adam gəlir. Amma Avropada çıxış edən komandaların matçına daha çox adam gəlir. Son olaraq daha çox azarkeşin gəldiyi oyun "Neftçi" - "Qarabağ" idi. 9 mindən çox adam gəlmişdi. Mükəmməl atmosfer var idi, oyunun ritmi azarkeşlərə görə daha da artmışdı. Ümid edirəm ki, millimizin oyunlarına da çox azarkeş gələcək. Mən də azarkeşləri başa düşürəm, yalnız qələbələr gözləyirlər".
Telegram kanalımız