“Sarı jiletlilər” büdcəyə 2,5 milyard avro ziyan vurub

saytların hazırlanması

Evə çatdırılma

“Sarı jiletlilər” büdcəyə 2,5 milyard avro ziyan vurub

Dünya

15 Noyabr 2019 13:59 1430


Fransa “sarı jiletlilər”in etiraz aksiyaları başlayandan bəri bir il ərzində 2,5 milyard avro itirib.

"Yeni Sabah" bildirir ki, bu barədə Fransa hökuməti məlumat yayıb.

Bildirilir ki, il ərzində nümayişlər zamanı zərər çəkən 5 min kiçik müəssisə və ticarət firması dövlətdən yardım istəyib. Onlar hakimiyyətdən ümumi həcmi 460 milyon avroya çatan sosial ödəmələrin və digər vergilərin təxirə salınmasını xahiş ediblər. Həmçinin sığorta kompaniyaları həmin dövr ərzində 13 min müəssisəyə ümumilikdə 230 milyon avro təzminat ödəyiblər. Dominos pizza

“Sarı jiletlilər” hərəkatının başladığı 2018-ci ilin noyabrından mehmanxana və restoran biznesində, ticarət və nəqliyyat sahələrində çalışan 75 min fransalı işçi qismən işsizliklə üzləşib.

Xatırladaq ki, 2018-ci il noyabrın 17-də yanacağa vergilərin artırılmasına etiraz olaraq Fransada “sarı jiletlilər”in irimiqyaslı aksiyaları başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!