Sarkisyan: “Bizim dövrümüzdə top Türkiyənin meydanında qalırdı“

saytların hazırlanması

Evə çatdırılma

Sarkisyan: “Bizim dövrümüzdə top Türkiyənin meydanında qalırdı“

Rəsmi

24 Mart 2023 23:11 4223


“Futbol diplomatiyası” dönəmində göndərdiyimiz top Türkiyə meydanında qaldı və bu gün çox təəssüf ki, səmamızda türk "Bayraktar"ları peyda olub".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib.

O bildirib: “Ermənistan-Türkiyə münasibətlərinin necə olacağını bilmirəm, çünki çox şey qarışıb. Danışıqlarımızın bir paketini dərc etmişik və bilirsinizmi, onlar nə ilə razılaşırlar, nədən danışırlar? Onlar tez-tez təkrar edirlər ki, ilkin şərtlər olmadan”. Dominos pizza

S. Sarkisyanın sözlərinə görə, çaşqınlıq çox olub: “Düzünü desəm, o zaman bizim Türkiyə ilə yol açmaq məqsədimiz yox idi və ya hansısa iqtisadi məqsədlərimiz var idi, əsas məqsədimiz Ermənistanın təhlükəsizliyini təmin etmək idi. Biz Türkiyəni heç olmasa Azərbaycana açıq hərbi dəstəkdən saxlamaq istəyirdik”.

Xatırladaq ki, sabah İrəvanda Ermənistan və Türkiyə yığmaları arasında futbol matçı keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!