“Şarl Mişelin bəyanatı məcburi sənəd deyil, bir sağlıqdır...“

saytların hazırlanması

Evə çatdırılma

“Şarl Mişelin bəyanatı məcburi sənəd deyil, bir sağlıqdır...“

Siyasət

23 May 2022 11:59 5355


"Şarl Mişelin bəyanatı məcburi sənəd deyil, bir sağlıqdır..."

Yenisabah.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

O, sosial şəbəkə hesabında mayın 22-də Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticələrini şərh edib: Marqarita pizza

"Mişelin bütün görüş iştirakçıları adından danışması o deməkdir ki, Paşinyan həmişəki kimi bağlı qapı arxasında hamını özünün “yaxşı” olduğuna və müxalifətin ona mane olduğuna inandırıb. Ona möhlət və avro (pul) verməyi xahiş edib.

Prezidentimiz sülhə can atma səyini nümayiş etdirdi. Azərbaycana qarşı ərazi iddiaları mövzusunun Ermənistanın gündəmində qaldığı halda, onlara adekvat cavab veriləcəyini vurğuladı.

Hiyləgər fransızdilli Şarl öz bəyanatında “delimitasiya və demarkasiya” bəndini birinci sıraya qoyub. O, sovet dövrünün xəritələrinin əsas götürüləcəyinə ümid edir. Xeyr, yalnız 1918-ci ilin xəritələri...

Sülh gündəminə sadiqlik nümayişi və işğaldan azad edilmiş ərazilərin bərpasında Aİ-dən kömək almaq ehtimalından başqa bizim üçün praktiki nəticə görmürəm.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!