Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın da adının keçdiyi cinayət işi məhkəməyə göndərilib.
"Yeni Sabah" “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu haqda Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan məlumat verib.
“Prokurorluq ittiham aktını təsdiq edərək cinayət işi ilə birgə Yerevanın ümumi yurisdiksiya məhkəməsinə göndərib”, - Aravik Xaçatryan bildirib. Marqarita pizza
Qeyd edək ki, Ermənistan Xüsusi İstintaq Xidməti 2013-cü il yanvarın 25-dən fevralın 7-nə qədər Sarqsyanın bir qrup şəxslə əlbir olaraq 489 milyon dram (1 milyon dollar -red.) mənimsədiyi üzə çıxıb. Prokurorluq Serj Sarkisyanın ölkə ərazisini tərk etməsinə qadağa qoyub
Telegram kanalımız