Saxta araq satan tələbə azadlığa buraxıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Saxta araq satan tələbə azadlığa buraxıldı - Foto

Kriminal

13 Mart 2020 10:54 1534


Saxta spirtli içkilər hazırlayaraq şərab evlərində satan dəstə üzvlərindən Talıblı İsmayıl Nazim oğlu ev dustaqlığına buraxılıb. 

“Yenisabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən İsmayıl Talıblının vəkili Nəsimi Cəfərov müdafiə etdiyi şəxsin səhhəti ilə əlaqədar ev dustaqlığına çıxarılması üçün Nərimanov Rayon Məhkəməsinə vəsatət verib. Ötən gün hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində vəkilin vəsatətinə təmin edilib. 

Xatırladaq ki, bu il yanvar ayının 10-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil cinayətkar dəstəyə qarşı xüsusi kompleks əməliyyat tədbiri həyata keçirilib. Tədbir nəticəsində müəyyən olunub ki, 4-cü mikrorayonun yaxınlığında yerləşən “Şərab evi”nin rəhbəri, Bakı şəhər sakini Duşdurov Nazim Elbrus oğlunun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə bir müddətdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda yerləşən gizli sexlərdə şadlıq saraylarında və restoranlarda istifadə edilən xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkalarını yenidən qablaşdıraraq müxtəlif iaşə obyektlərində və şərab evlərində satışını təşkil edir. Xarici ölkələrdə istehsal olunmuş spirtli içkilərin boş butulkaları “şüşə sexləri” adı altında pərdələnərək fəaliyyət göstərən qəbul məntəqələrində toplanaraq təkrar qablaşdırılmaqla yenidən satışa çıxarılır. Nazim Duşdurova məxsus Bakı şəhəri, Nəsimi rayonunda yerləşən şərab evləri və anbarlarda, Xətai, Suraxanı və Binəqədi rayonlarında yerləşən sexlərdə müxtəlif xarici əmtəə nişanlarından istifadə edilməklə satış üçün hazırlanmış xeyli sayda saxta araq, brend viski adları olan “Jack Daniels”, “Chivas” butulkalarında qablaşdırılan saxta içkilər, tekila, saxta aksiz markalar, qablaşdırma üçün nəzərdə tutulmuş 60.000 ədəd müxtəlif əmtəə nişanlı butulkalar və sair köməkçi vəsaitlər aşkar olunaraq maddi sübut kimi götürülüb. Spirtli içkilərdən götürülmüş nümunələrin ekspertizası zamanı müəyyən edilib ki, onlar istifadəyə tam yararsızdır. Həmin içkilərin tərkibində yüksək toksiki təsirə malik metil spirtinin miqdarı normadan dəfələrlə yuxarı olduğundan insan həyatı üçün təhlükəlidir. Aşkar olunan faktla bağlı Baş İdardə mütəşəkkil dəstənin başçısı Nazim Duşdurov, eləcə də dəstənin digər üzvləri Gürcüstan Respublikasının vətəndaşı Ayaz Şərifov, Ağdam rayon sakini Elçin Mirzəyev, Salyan rayon sakini Mirsüleyman Ağayev, paytaxt sakinləri İsmayıl Talıblı və Aydın Azayev barəsində cinayət işi başlanılıb. Dəstə üzvünün hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.  Sezar pizza

Qeyd edək ki, İqtisad Universitetinin 4-cü kurs tələbəsi, 1999-cu il təvəllüdlü Talıblı İsmayıl Nazim oğlu aşağı ətrafların “parez” xəstəliyindən əziyyət çəkir, atası isə gözdən 1-ci qrup əlildir. 

Azər İsrafilov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!