Saxta ballar "dövlət icazəsi" ilə satılacaq

saytların hazırlanması

Evə çatdırılma

Saxta ballar "dövlət icazəsi" ilə satılacaq

Dünya

20 Fevral 2020 12:12 876


Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi 19 fevral 2020-ci il tarixindən etibarən ölkə daxilində aromatizator əlavə edilərək hazırlanan saxta bal, bəhməz və pendir istehsalını qadağan edib. "Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb isə sözü gedən saxta məhsulların əhalinin sağlamlığı üçün böyük təhlükə yaratmasıdır. Ancaq yeni qanuna əlavə olunan maddələrdən biri istehlakçların etirazına səbəb olub. Belə ki, dövlət saxta məhsulların istehsalının qadağan etsə də, ilin sonuna kimi onların satışına icazə verib. Qanuna görə şirkətlər anbarda saxladığı və ya hələ bazara çıxara bilmədiyi saxta bal, doşab və pendir məhsullarının satışını 31 dekabr 2020-ci il tarixinə kimi həyata keçirə biləcək. Sabrina Eldarqızı
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!