Hindistan və Nepalda yaşayan sadhular qeyri-adi həyat tərzləri ilə dünyanın diqqətini çəkməyə davam edirlər.
“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, bu insanlar ömür boyu özlərini dünya nemətlərindən, ailələrindən və seksual həyatdan uzaq tuturlar. Onlar gün ərzində bir neçə saat yoqa ilə məşğul olurlar. Bəziləri isə illərlə eyni formada, hərəkətsiz otura bilir. Sadhular yalnız meditasiya yolu ilə azadlığa və tanrıya çatacaqlarına inanırlar.
Onlar meşələrdə və mağaralarda yaşamağa üstünlük verirlər. Çoxu yarıçılpaq gəzir, hətta bəziləri çılpaq yaşayır. Yerli əhali isə sadhuları müqəddəs hesab edir və onlara qida yardımı edirlər. Pepperoni pizza
Qeyd edək ki, Hindistanda təxminən 5 milyona yaxın sadhu yaşayır.
Sabrina Eldarqızı
Telegram kanalımız