Futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start verilib.
“Yeni Sabah” xəbər verir ki, "Sumqayıt" "Səbail"i qəbul edib. "Kapital Bank Arena"da baş tutan görüş qonaqların qələbəsi ilə başa çatıb - 3:0.
Hesabı 10-cu dəqiqədə penaltidən Ağabala Ramazanov açıb. 51-ci dəqiqədə isə Şəhiryar Rəhimov fərqlənib. Matçın 69-cu dəqiqəsində Ramazanov dublunu rəsmiləşdirib. pizza
Beləliklə, xalını 6-ya çatdıran "Səbail" 1-ci pilləyə yüksəlib. Növbəti sıralardakı "Qarabağ" və "Sumqayıt"ın 3 xalı var.
Telegram kanalımız