“Səbail”in futbolçusuna 4, “Turan Tovuz”un müdafiəçisinə 1 oyun cəza verildi

saytların hazırlanması

Evə çatdırılma

“Səbail”in futbolçusuna 4, “Turan Tovuz”un müdafiəçisinə 1 oyun cəza verildi

İdman

13 Mart 2025 14:18 329


AFFA İntizam Komitəsi “Səbail” klubunun futbolçusu Suleyman Alluşu 4 oyun cəzalandırıb.

Yenisabah.az xəbər verir ki, buna niderlandlı yarımmüdafiəçinin Misli Premyer Liqasının XXVI turunun “Zirə” ilə oyununda təcavüzkar davranışa yol verməsi səbəb olub. 23 yaşlı oyunçu birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə diskvalifikasiya olunub. Bakı klubu isə 3000 manat cərimələnib.

“Sumqayıt”la matçda 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat cərimə ödəyəcək. Pepperoni pizza

“Neftçi” ilə görüşdə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Turan Tovuz”un futbolçusu Emmanuel Hakman isə 1 oyun cəzalanıb, klubunu isə 1000 manat ziyana salıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!