Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva son günlər Monteneqronun paytaxtı Podqoritsa şəhərində bir sıra Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Monteneqro Ombudsmanı Sinişa Bjekoviçə məktub ünvanlayıb.
Bu barədə "Yeni Sabah"a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, müvəkkil monteneqrolu həmkarına müraciət edərək, məsələni öz nəzarətinə götürməsini və hazırda həbsdə olan Azərbaycan vətəndaşlarının hüquqlarının Monteneqronun milli qanunvericiliyinə, habelə beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun şəkildə müdafiəsinin təmin edilməsini xahiş edib. pizza sifarişi
Ombudsman saxlanılan şəxslərin təqsirsizlik prezumpsiyası, hüquqi yardıma çatım və tərcüməçidən istifadə hüquqlarının təmininin vacibliyini vurğulayıb.
Səbinə Əliyeva, həmçinin beynəlxalq sənədlərdə təsbit olunmuş bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə uyğun olaraq, etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət dolu çıxışların və ya düşmənçilik münasibətlərinin qarşısının alınmasının vacibliyini də vurğulayıb.
Telegram kanalımız