Seçki ərəfəsində bələdiyyə sədrinin oğulları adam bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Seçki ərəfəsində bələdiyyə sədrinin oğulları adam bıçaqladı

Kriminal

15 Dekabr 2019 08:07 1137


Kürdəmir rayonunda bıçaqlanma hadisə baş verib.

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, hadisə Ərəbqubalı kəndində qeydə alınıb.

Belə ki, həmkəndlilər arasında yaranan mübahisə nəticəsində kənd sakini, 1988-ci il təvəllüdlü Hüseynov Şəhadət İnqilab oğlu bir neçə bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Marqarita pizza

Zərərçəkənin anasının sözlərinə görə, mübahisə zərərçəkənlə onun həmkəndliləri Elim, Şirvan Adıgözəl oğulları (kəndin bələdiyyə sədrinin oğulları-red) və Hüseynov Sahib Sərdar oğlu arasında yaranıb. Yaralının vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün onu Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Fakt araşdırılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!