Seçkilərlə bağlı yeni qayda - Qalib gəlməsə belə, vəzifəsində qalacaq

saytların hazırlanması

Evə çatdırılma

Seçkilərlə bağlı yeni qayda - Qalib gəlməsə belə, vəzifəsində qalacaq

Dünya

06 Fevral 2020 09:48 1131


Fransanın Baş Naziri Eduard Filip mart ayında keçiriləcək bələdiyyə seçkilərində qalib gəlməsə belə, vəzifəsində qalacaq. Respublika Prezidenti seçkilərin nəticələrinə görə hökumət üzvlərinin vəzifələrindən azad edilməsi ilə razılaşmır.

“Yeni Sabah” xəbər verir ki, bu haqda hökumətin sözçüsü Sibeth Ndiaye Nazirlər Şurasının iclasından çıxışında deyib.

Qeyd edək ki, Fransada 2017-ci ilə qədər olan qanunvericiliyə əsasən, Baş Nazir seçkilərdə iştirak edən nazirlərlə bağlı nəticələri gözləyirdi. Seçkilərdə qələbə qazanmadıqda, nazirlər hökuməti tərk etməli olurdular. Dominos pizza

Mart ayında keçiriləcək bələdiyyə seçkiləri üçün bir neçə nazir, eləcə də Baş Nazir Eduard Filip namizədliyini irəli sürüb. Ancaq Avr şəhərindən namizədliyini irəli sürən Eduard Filip seçkilərdə qələbə qazanmasa belə, yeni qayda ilə tutduğu vəzifədə qalacaq. (AZƏRTAC)



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!