Səfərbərlik Xidmətinin avtobusu qəzaya düşdü: Xəsarət alanlar var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Səfərbərlik Xidmətinin avtobusu qəzaya düşdü: Xəsarət alanlar var - Fotolar

Hadisə

15 May 2025 21:30 1600


Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib, nəticədə beş nəfər xəsarət alıb. Onlardan biri kişi, biri uşaq, ikisi qadındır.

Yenisabah.az "Teleqraf-a istinadən xəbər verir ki, qəza Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Yuxarı Nemətabad kəndi yaxınlığından keçən hissəsində qeydə alınıb.

Məlumata əsasən, "Niva" markalı minik avtomobili Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinə məxsus avtobusla toqquşub. Hadisə zamanı xəsarət alan hər iki sürücü - 1985-ci il təvəllüdlü Ramiz Qarayev və 1974-cü il təvəllüdlü Söhrab Süleymanova, eyni zamanda bir azyaşlı uşağa yerindəcə tibbi yardım göstərilib. pizza hut

Durumu daha ciddi olan 1977-ci il təvəllüdlü Yevlax rayon sakini Yeganə Süleymanova isə xəstəxanaya aparılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mayın 15-də saat 13:50-də 5 nəfər (4 qadın cinsli, 1 kişi cinsli) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, müxtəlif bədən xəsarətləri alan şəxslərin müayinələri davam etdirilir.

"Hazırda 1 nəfərin vəziyyəti orta ağır, 4 nəfərin vəziyyəti isə stabildir", - TƏBİB-dən bildirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!