Səfirliyə hücum Baş Prokurorluqda iranlı rəsmilərlə müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Səfirliyə hücum Baş Prokurorluqda iranlı rəsmilərlə müzakirə olundu

Maraqlı

08 Avqust 2023 17:39 1930


Avqustun 8-də İranın Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi, xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Nümayəndə heyətini baş prokuror Kamran Əliyev qəbul edib. pizza sifarişi

Qəbul zamanı cari il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, habelə, hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə vaxtı göstərdiyi fəaliyyətsizliyin, bu terror aktının törədilməsinin səbəb və hallarının yoxlanılmasının, cinayəti törətmiş və cinayətlə əlaqəsi olan bütün şəxslərə qanunla nəzərdə tutulmuş layiqli cəzanın verilməsinin zəruriliyini vurğulayıb.

Mehdi Əmiri İsfahani Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücumla bağlı cinayət işinin istintaqının gedişatı barədə ətraflı məlumat verərək qısa müddət ərzində istintaqın tamalanaraq iş üzrə qanuni qərarın qəbul olunmasının təmin ediləcəyini və təqsirli şəxslərin layiqli cəza alacağını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!