Səfirliyin qarşısında rus diplomatın meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Səfirliyin qarşısında rus diplomatın meyiti tapıldı

Dünya

05 Noyabr 2021 16:17 1778


Rusiyalı diplomat Berlindəki səfirliyin konsulluq şöbəsinin binası yaxınlığında ölü tapılıb.

Yenisabah.az “Spiegel”ə istinadla xəbər verir ki, hadisə oktyabrın 19-da səhər saatlarında baş verib. Lakin polis yalnız indi bu məlumatı yayıb.

Meyiti hüquq-mühafizə orqanları tapıb. Dominos pizza

Səfirliyin 35 yaşlı ikinci katibinin yuxarı mərtəbədən yıxıldığı güman edilir.

Alman təhlükəsizlik mənbələri hadisənin şərtlərinin və ölüm səbəbinin “naməlum” olduğunu bildirib.

Diplomat 2019-cu ilin yayında akkreditə olunub. İstintaq materiala görə, o, gizli xidmətin əməkdaşı olub.

"Spiegel"in məlumatına görə, diplomatın cənazəsi Rusiyaya aparılıb. Səfirlik “etik səbəblərə görə” alman qəzetinə açıqlama verməyib.

Almaniya Xarici İşlər Nazirliyi də baş verənlərdən xəbərdardır, lakin mərhumun və onun yaxınlarının şəxsi məlumatlarını qorumaq üçün təfərrüatları açıqlamır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!