Türkiyəli məşhur model, aparıcı Çağla Şıkel sadə səhər yeməyi ilə diqqət çəkib.
Yenisabah.az xəbər verir ki, "Instagram" hekayəsində paylaşdığı səhər yeməyində cəmi beş vitamin həbi və çərəzlər yer alıb.
Aparıcının bu paylaşımı istifadəçilər tərəfindən tənqid olunub. Tənqidlərə məruz qalan Şıkel, onun ünvanına yazılan mənfi fikirlərə “Mənə qurbağa ayağı yemiş kimi davrandılar, Ara-sıra qoz-fındıq yeməyi yeyirəm. Yaşıma görə vitaminlər də qəbul edirəm”, - deyərək cavab verib. pizza hut
Qeyd edək ki, 46 yaşlı model müğənni Emre Altuğla evli olub. Onların bu izdivacdan iki oğlu var./unikal.az
Telegram kanalımız