“Səhhəti pisləşib, aparata qoşublar” - Vahid Əliyevin həyat yoldaşı

saytların hazırlanması

Evə çatdırılma

“Səhhəti pisləşib, aparata qoşublar” - Vahid Əliyevin həyat yoldaşı

Şou

06 May 2025 01:50 530


"Vahid Əliyevin səhhəti normal idi, iki gün əvvəl halı dəyişdi. Ürək fəaliyyətini və təzyiqini normala salmaq üçün təkrar aparata qoşdular".

Yenisabah.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında xəstəxanaya yerləşdirilən 73 yaşlı Əməkdar artist Vahid Əliyevin həyat yoldaşı Tamilla Əliyeva deyib.

"Əslində, həyat yoldaşımı xəstəxanadan evə çıxarmağa getmişdik. Bizə dedilər ki, aparata qoşuldu. Bir neçə gün də gözləməlisiniz", - deyə T.Əliyeva bildirib. Pepperoni pizza

Qeyd edək ki, Vahid Əliyev 2022-ci ilin dekabr ayında infarkt keçirib. 2023-cü ilin yanvar ayında isə açıq ürək əməliyyatı olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!