Şəhid adından istifadə edib pul yığdı - Bakı polisi dələduzu axtarır

saytların hazırlanması

Evə çatdırılma

Şəhid adından istifadə edib pul yığdı - Bakı polisi dələduzu axtarır

Kriminal

21 Noyabr 2019 07:51 1527


Şəhid adından istifadə etməklə paytaxtda dələduzluq əməllərilə məşğul olan şəxs barəsində mətbuatda yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb. 

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Yeni Sabah"a bildirilib ki, onun kimliyinin müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. 

Hazırda faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Marqarita pizza

Qeyd edək ki, sosial şəbəkədə aprel döyüşlərində şəhid olmuş Mikayıl Vahabzadənin adından Bakıda maşın bazarı ərazisində bir nəfər şəxsin əlində yazılı kağız mağazaları gəzərək pul yığdığı barədə məlumat yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!