Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxsləri daha 115 mənzillə təmin edib.
"Yeni Sabah" xəbər verir ki, mənzillər Bakı və Naftalan şəhərlərində, Abşeron, Sabirabad, Oğuz, Qax, Lənkəran, Astara, Zərdab, Ağcabədi, Göyçay, Ağdaş, Qazax, Yevlax və Kürdəmir rayonlarında yeni yaşayış binalarından təqdim edilib.
Postmüharibə dövründə bu kateqoriyalardan olan vətəndaşlara 7 mindən çox, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim olunub. Eyni zamanda, qeyd edilən dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müavinət və təqaüdləri də orta hesabla 2 dəfədən çox artırılıb. pizza sifarişi
Telegram kanalımız